Duma Ukraynanın işğalını rəsmiləşdirməyi müzakirə edəcək

Duma Ukraynanın işğalını rəsmiləşdirməyi müzakirə edəcək<span class="qirmizi"></span>

Rusiya parlamentinin aşağı palatası (Duma) Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanun layihələrini müzakirə edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Agentlik Dumadakı adını açıqlamayan mənbəyə istinadən bildirib ki, müzakirələr Rusiya tərəfindən işğal edilən dörd bölgədə qondarma "referendum"un bitməsindən iki gün sonra, yəni sentyabrın 29-da başlaya bilər.

Qeyd edək ki, Ukraynanın dörd bölgəsində Rusiyaya qoşulmaq üçün qondarma "referendum"lar başlayıb, Kiyev və Qərb dövlətləri referendumu saxta hesab edir və onun nəticələrini tanımır.

Mənbə: redaktor.az