Finlandiyada Azərbaycan Evi açılıb

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə Azərbaycan Evinin təntənəli açılışı olub.

“Report” xəbər verir ki, Azərbaycan Evi ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırmaq üçün mədəni tədbirlərin keçirildiyi məkan kimi xidmət edəcək.

Xatırladaq ki, dünyanın 20-yə yaxın şəhərində Azərbaycan Evi açılıb. Bu, xarici siyasət, Azərbaycanın təbliğatı ilə yanaşı, Vətəndən uzaqda böyüməkdə olan gənc nəslə Azərbaycan dilinin tədris edilməsi, vətənpərvərlik hisslərinin aşılanması məqsədi daşıyır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyanı əldən salmaq üçün yeni planlar: Qərbin ikinci cəbhə açmaq cəhdləri – TƏHLİL

SONRAKI XƏBƏR

Putin səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi haqqında fərman imzalayıb