Azərbaycan XİN rəhbəri: “Ümid edirik ki, Ermənistan nəhayət, konstruktiv şəkildə danışıqlara qoşulacaq”

“Ümid edirik ki, Ermənistan nəhayət, konstruktiv və səmimi şəkildə danışıqlara qoşulacaq”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Ermənistanın ehtiyatsız hərəkətlərinə baxmayaraq, Azərbaycan maksimum təmkin, atəşkəs rejiminin bərpası üçün xoş niyyət və səmimi iradə nümayiş etdirib:

“12-14 sentyabr 2022-ci ildə Ermənistan Silahlı Qüvvələrinin təxribatından sonra Azərbaycan humanitar nəticələrin aradan qaldırılması ilə məşğuldur, bu kontekstdə ölən əsgərlərin qalıqlarını birtərəfli qaydada Ermənistana qaytarmağa hazır olduğunu bəyan edib və bu barədə Beynəlxalaq Qırmızı Xaç Komitəsini məlumatlandırıb”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İsveçdə Azərbaycan əleyhinə aksiya keçirən ermənilərin səsləri batırılıb

SONRAKI XƏBƏR

Tacikistan Qırğızıstanla münaqişəni sülh yolu ilə həll edəcək