Türkiyənin XİN başçısı: “Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar”

Türkiyənin XİN başçısı: “Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar”<span class="qirmizi"></span>

Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səy göstərir. Çavuşoğlu tərəflərin həll yolundan uzaqlaşmalarına baxmayaraq, ümidlərini itirmədiklərinin vurğulayıb.

"Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – “Report”) əsas məqsədi cənab Putin (Rusiyanın dövlət başçısı Vladimir Putin – “Report”) və Zelenskini (Ukrayna lideri Volodimir Zelenski - red) bir araya gətirməkdir. Bunun üçün həmin siyasi prosesin həlli üçün etimad yaradan addımlar atmalıyıq. Sonuncu əsir mübadiləsində biz mühüm rol oynadıq", - Çavuşoğlu vurğulayıb.

Mənbə: report.az