Yunanıstan Egeydəki adalara hərbi texnika göndərdi

Yunanıstan Egeydəki adalara hərbi texnika göndərdi<span class="qirmizi"></span>

Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA-lar Yunanıstanın qeyri-hərbi statusa malik Egey adalarına zirehli texnikaları yerləşdirməsini qeydə alıb.

Axar.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

“Desant gəmiləri ABŞ-ın Dədəağac limanına göndərdiyi hərbi texnikaları Lesbos və Sisam adalarına daşıyıblar. Lesbos adasına 23, Sisam adasına isə 18 ədəd zirehli texnika çıxarılıb”, - məlumatda qeyd olunub.

Mənbə: axar.az