Qırğızıstan və Tacikistan münaqişənin dayandırılması ilə bağlı sənəd imzalayıblar

Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri sərhəddə yaranmış vəziyyətin nizamlanması ilə bağlı protokol imzalayıblar.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.

Danışıqlar Batken vilayətinin Qızıl-Bel keçid məntəqəsində aparılıb.

Taşiyev deyib ki, protokolun bütün bəndlərinin yerinə yetiriləcəyinə ümid edir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Serbiyadan Rusiyaya zərbə: Referendumu tanımırıq...

SONRAKI XƏBƏR

PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər