Serbiyadan Rusiyaya zərbə: Referendumu tanımırıq...

Serbiyadan Rusiyaya zərbə: Referendumu tanımırıq...<span class="qirmizi"></span>

Serbiya “dxr”, “lxr”, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşməklə bağlı “referendum”un nəticələrini tanımayacaq.

Axar.az xəbər verir ki, bunu Serbiya xarici işlər naziri Nikola Selakoviç deyib.

“Serbiya Respublikası BMT Nizamnaməsinə, habelə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq, Ukrayna vilayətlərində keçirilən referendumun nəticələrini qəbul edə bilməz”, - Selakoviç bildirib.

Mənbə: axar.az