ABŞ-dan Tbilisiyə ÇAĞIRIŞ: rusları ölkəyə buraxmayın!

ABŞ-dan Tbilisiyə ÇAĞIRIŞ:  rusları ölkəyə buraxmayın!<span class="qirmizi"></span>

"Gürcüstan sərhədini bağlasa və ən azı qısa müddətdə rusiyalı turistləri ölkəyə buraxmasa, bu çox müdrik qərar olardı".

Manset.az xəbər verir ki, bunu ABŞ Konqresinin üzvü Adam Kinzinger özünün "Twitter" səhifəsində yazıb.

“Hərbçi yaşındakı kişilərin bu kiçik, lakin vacib müttəfiqə axını çox təhlükəlidir", - deyə amerikalı konqresmen qeyd edib.

Xatırladaq ki, Rusiyada qismən səfərbərlik elan ediləndən sonra bu ölkədən Gürcüstan və digər qonşu dövlətlərə kütləvi axın müşahidə edilir.

Mənbə: manset.az