Putinin ən çox güvəndiyi 2 ölkə müharibəni dayandırmağa ÇAĞIRIŞ ETDİ

Putinin ən çox güvəndiyi 2 ölkə müharibəni dayandırmağa   <span class="qirmizi">ÇAĞIRIŞ ETDİ</span>

Putinin ən çox güvəndiyi və müttəfiq adlandırılan Çin və Hindistan Ukraynada müharibəni dayandırmağa çağırıb.

Aylardır davam edən müharibədə həm Çin, həm də Hindistan rəsmiləri vasitəçilik çağırışlarını təzələyərək müharibəni bitirmək üçün hərəkətə keçəcəklərini açıqlayıblar.

Çinin xarici işlər naziri Vanq Yi iki ölkəyə səslənərək müharibənin sona çatmasını tələb edib və "Çin bütün sülh yolu ilə həll yolları üçün səyləri dəstəkləyir" deyib. Vanq Nyu-Yorkda Ukrayna xarici işlər naziri Dimitro Kuleba ilə də görüşüb və bu təmas müharibə başlayandan bəri ilk görüş kimi diqqət çəkib.

Oxşar bəyanat ABŞ ilə yaxın münasibətdə olan, uzun illərdir müdafiə sənayesində əməkdaşlıq edən Hindistandan da gəlib. Hindistanın xarici işlər naziri Surahmanyam Caishankar, "Bizdən tez-tez hansı tərəfdə olduğumuzu soruşurlar. Biz sülh tərəfdarıyıq və bu böhrandan çıxmaq üçün dialoq və diplomatiyanın tərəfindəyik" deyib.

Mənbə: manset.az