Ermənistan 2 PKK üzvünü Türkiyəyə təhvil verdi

Bu xəbəri tanınmış jurnalist Elbəyi Həsənli öz fb səhifəsində paylaşıb.

Ermənistanın deputatı kürdlərə müraciət etdi: “Törətdiyimiz xəyanətə görə bizi bağışlayın“

Dünən bu barədə yazmışdım. PKK-ya bağlı Halk Savunma Güçleri-nin (HPG) (rəhbəri Murad Qarailandır) Ermənistanda olan 2 inqilabçısı (Atilla Çiçek və Hüseyin Yıldırım) rəsmi İrəvan tərəfindən Türkiyəyə təhvil verilib. Təəssüf ki, Azərbaycan üçün də son dərəcə önəmli olan bu xəbərə Facebook-da elə bir önəm verilmədi.

Bir daha deyirəm, bu, son dərəcə ciddi hadisədir və xüsusi diqqətə

layiqdir...

Bu həm də o deməkdir ki, Türkiyə-Ermənistan danışıqlarında müsbətə doğru inkişaf var. Ermənistan parlamentinin müxalif deputatı Gegham Manukyan deyir ki, oktyabrın 6-da Praqada keçirilən tədbirdə Tayyib Ərdoğanla Nikol Paşinyanın görüşü gözlənilir. Ona görə də kürd döyüşçülərini hədiyyə olaraq Türkiyəyə verdilər...

Deputat bildirir ki, kürdlərin hər ikisi Dersimdəndir: “Türklər erməniləri Dersimdə qıranda o vaxt (1915-1922-ci ilər nəzərdə tutulur) kürdlər ermənilərə dəstək vermişdi”.

Gegham Manukyan deyir ki, son 30 ildə ilk dəfədir ki, belə bir hadisə baş verir. Yəni SSRİ dağılandan sonra ilk dəfədir ki, Ermənistan iki kürd terrorçusunu Türkiyəyə təslim edir. Erməni deputat bunu xəyanət adlandırır və bu olaya görə Ermənistan adına kürdlərdən üzr istəyir.

O deyir ki, Nikol Paşinyan Ermənistanı Türkiyəyə satıb. O, 44 günlük müharibədə Azərbaycana dəstək verən Türkiyəyə qucaq açıb. Paşinyan hökuməti artıq Ermənistanı bütövlükdə türklərə verib: “Ermənistanda hökumət yoxdur. Hökumət satqınlar tərəfindən işğal edilmişdir”.

Nuh.az

ƏVVƏLKİ XƏBƏR

Almaniyadan enerji böhranına qarşı YENİ ADDIM

SONRAKI XƏBƏR

Rusiya tələbələri də müharibəyə göndərir