Banqladeşdə qayıq batıb, 20-dən çox adam ölüb

Banqladeşdə qayıq batıb, 20-dən çox adam ölüb<span class="qirmizi"></span>

Banqladeşin şimalında qayığın batması nəticəsində azı 23 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə “The Bangladesh Observer” qəzeti məlumat yayıb.

Ölənlər arasında qadınlar və uşaqlar da var. Təxminən 50 nəfər itkin düşmüş hesab olunur.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Mənbə: report.az