“Anonymous” İran parlamentinin saytını dağıtdı - VİDEO

“Anonymous” haker qrupu İran hökumətinin rəsmi saytlarına hücumunun davamı olaraq, bu dəfə ölkə parlamentinin saytını dağıdıb.

Hakerlər habelə hazırladıqları klipdə iranlı deputatların mobil telefonlarını yayaraq “Onlardan soruşun ki, niyə diktatoru müdafiə edirlər?!”, - deyə yerli əhaliyə müraciət ediblər.

Qeyd edək ki, bundan bir qədər öncə qrup tərəfindən İran Teleradiosuna bağlı və 24 saat ərəb dilində yayıma çıxan “Əl-Aləm” telekanalının saytı dağıdılıb.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Britaniyalı lotereyada 171 milyon funt-sterlinq uddu

SONRAKI XƏBƏR

Süleyman Dəmirəl 1967-ci ildə Sumqayıta niyə gəlmişdi? - Nadir görüntülər