Paşinyanın BMT-də “ayaq tutmayan” yalanı - VİDEO

Paşinyanın BMT-də “ayaq tutmayan” yalanı - VİDEO<span class="qirmizi"></span>

Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 77-ci sessiyasında etdiyi çıxış ənənəvi populizm və faktların təhrifindən başqa bir şey deyil.

"Əgər Azərbaycan Ermənistan ərazisini tək nəzəri deyil, konkret olaraq beynəlxalq səviyyədə tanınmış 29 min 800 kvadrat kilometr təşkil edən ərazisini tanısaydı, bu, o demək olar ki, biz hər iki ölkənin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanıyaraq, sülh sazişini imzalaya bilərik” deyən baş nazir faktları təhrif etməklə beynəlxalq tribunadan Azərbaycana qarşı mənfi fikir formalaşdırmağa cəhd edib. Əvvəla bildirək ki, Ermənistan hələ müstəqil olmazadan əvvəl Azərbaycana qarşı ərazi iddiası irəli sürüb, ötən 30 il ərzində, eləcə də hazırda Qarabağ erməniləri üçün özünüidarə haqqı tələb edir. Başqa sözlə, Ermənistan Azərbaycanın 86,6 min kv.km ərazisində suverenliyini tanımır və ya ən azı bunu şübhə altında qoyur. Politoloq Yusif Zeynalov Reala açqlamasında bildirdi ki, Ermənistan uzun illər qətnamələrinin icrasına məhəl qoymadığı BMT qarşısında yalanlar uydurur.

Görünür, Nikol Paşinyan yenə də öz ampluasındadır. Bir tərəfdən ərazi iddiası irəli sürür, digər tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir.

REAL

 

Mənbə: www.realtv.az