"Exit-poll": İtaliyada parlament seçkilərində sağçı koalisiya qalib gəlir

"Exit-poll": İtaliyada parlament seçkilərində sağçı koalisiya qalib gəlir<span class="qirmizi"></span>

Sentyabrın 25-də İtaliyada növbədənkənar parlament seçkiləri keçirilib. “Exit-poll” nəticələrinə görə, sağçı koalisiya 43-47 % səslə qalib gəlib.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, İtaliyanın Qardaşları Partiyasının lideri Corciya Meloni yeni Baş nazir ola bilər. Beləliklə, o, ölkə tarixində ilk qadın hökumət başçısı olacaq.

“Exit-poll”un nəticələri göstərib ki, İtaliya Qardaşları 23-27 %, onların müttəfiqləri olan “Liqa” və “İrəli, İtaliya” partiyaları isə müvafiq olaraq 9,5-13,5 % və 6-8 % səs toplayıb.

SWG sosioloji agentliyinin “La7” televiziyası üçün keçirdiyi sorğuya əsasən, bütövlükdə sağçı koalisiya 43-47 % səs alacaq.

Mənbə: report.az