Qriqoryan ABŞ-a gedir

Qriqoryan ABŞ-a gedir<span class="qirmizi"></span>

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bazar ertəsi Vaşinqtona gedəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

"Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 26-dan Vaşinqtonda səfərdə olacaq", - deyə bildirilib.

Qeyd olunur ki, səfər zamanı Qriqoryan bir sıra görüşlər keçirəcək. Səfərin təfərrüatı açıqlanmır.

Mənbə: axar.az