İtaliyanın xarici işlər naziri parlament seçkilərində uduzur

İtaliyanın xarici işlər naziri parlament seçkilərində uduzur<span class="qirmizi"></span>

İtaliyanın xarici işlər naziri, “Vətəndaş öhdəliyi” birləşməsinin lideri Luici Di Mayo parlamentin aşağı palatasına keçirilən seçkilərdə doğma bölgəsi Neapolda uduzur.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə birmandatlı dairənin bülletenlərinin yarısınından çoxunun hesablanmasından sonra məlum olub.

Di Mayo “5 Ulduz Hərəkatı”nın aparıcı namizədi, ölkənin keçmiş ətraf mühit naziri Serco Kostadan, demək olar, 2 dəfə daha az səs toplayıb.

Mənbə: report.az