Liz Trass: Putin belə müqavimət gözləmirdi!

Liz Trass: Putin belə müqavimət gözləmirdi!<span class="qirmizi"></span>

Rusiyada səfərbərliyin elan edilməsi Kiyevin Putindən “daha ağıllı” olması anlamına gəlir.

Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Liz Trass deyib.

“Ukraynaya daxil olmaqla Putin strateji səhv etdi. Düşünürəm, ukraynalılar daha ağıllı oldu. Ukraynalıların Rusiya müdaxiləsinə necə müqavimət göstərdiyini gördük. O, (Putin-red.) azad dünya tərəfindən belə müqavimət gözləmirdi”, - deyə Trass bildirib.

Mənbə: axar.az