Britaniya kəşfiyyatı: "Rusiya səfərbərliyə çağırılanlara təlim keçməkdə problemlə üzləşəcək"

“Rusiya səfərbərliyə cəlb olunan şəxslərə təlim keçmək üçün inzibati və maddi-texniki problemlərlə üzləşəcək”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.

Qeyd olunub ki, qismən səfərbərliklə orduya çağırılan şəxslər hərbi bazalara yerləşdirilir: “Artıq 10 minlərlə çağırış vərəqəsi verilib”.

Britaniya kəşfiyyatçılarının məlumatına görə, əksər Qərb ölkələrindən fərqli olaraq Rusiya Silahlı Qüvvələri əsgərlərə xüsusi təlim müəssisələrində deyil, əməliyyat bölmələrində, aşağı səviyyəli, ilkin təlim keçir: “Rusiya səfərbərliyə tələsik başlayıb. Hərbi təlimçilər yoxdur. Bu, onu deməyə əsas verir ki, səfərbərliyə cəlb olunanların çoxu minimum hazırlığa malikdirlər”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə bu il fevralın 24-də başlayıb. Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik edib. Rusiya müdafiə naziri Sergey Şoyqu ehtiyatda olan 300 min hərbçinin səfərbərliyə cəlb olunacağını açıqlayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Sabah Azərbaycanda Anım Günüdür

SONRAKI XƏBƏR

BMT-nin Baş katibi nüvə təhlükəsi ilə bağlı dünya ölkələrinə müraciət edib