Bu azərbaycanlılar İsveçdəki seçkilərdə qalib gəldilər

Bu yaxınlarda İsveç Krallığında keçirilən seçkilərdə soydaşlarımız parlament, əyalət, bələdiyyə məclislərində yer alıblar.

Bu barədə Axar.az-a Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Sosial Demokratlar Partiyasından Aylin Fazelian ölkə parlamentinə, İradə Söderberq Jonöping region məclisinə, Xalidə Mərifət Huddingen bələdiyyə məclisinə, Mərkəz Partiyasından Aida Kərimli Vastara Hötaland region məclisinə, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinə, Moderat Partiyasından Amina Sadiqbəyli Solentuna bələdiyyə məclisinə seçiliblər. Böyük nailiyyətdir. Həm də soydaşlarımızın yaşadıqları ölkələrin siyasi-ictimai həyatında yer alması və uğurları onların inteqrasiya prosesini sürətləndirir. Bu, həm də Azərbaycan-İsveç əlaqələrinin inkişafına öz töhfəsini verir”, - E.Eltürk bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İstanbulda 1-i azərbaycanlı olmaqla 120 qeyri-qanuni miqrant tutulub

SONRAKI XƏBƏR

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb