İnsanları səfərbərliklə qorxudurlar...” - VİDEO

İnsanları səfərbərliklə qorxudurlar...” - <span class="qirmizi">VİDEO</span>

Soçidə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko həmkarı Vladimir Putinlə görüş zamanı Rusiyadan sonra ölkəsində də səfərbərlik elan ediləcəyinə dair yayılan xəbərlərə münasibət bildirib.

Lukaşenko ölkəsində insanların səfərbərliklə qorxudulduğunu qeyd edib.

“Bizdə səfərbərliklə qorxudurlar ki, kimsə xaricə qaçıb. Qulaq asın, Rusiyanın 25 milyonluq səfərbərlik resursu var. Yaxşı qoy 30 mini qaçsın, lap elə 50 mini. Onlar burda qalsa idilər, bizim adammı olacaqdılar?”, - deyə Lukaşenko əlavə edib.

Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib. Bundan sonra Rusiyanın bir sıra şəhərində etiraz aksiyaları keçirilib, ölkədən çıxmaq istəyənlərin sayı çoxalıb. Bu səbəbdən ölkə sərhədlərində tıxaclar yaranıb.

Mənbə: qafqazinfo.az