Ermənistanda keçmiş nazir və 12 məsul şəxs korrupsiyada, vəzifə satmaqda ittiham olunur

Ermənistanda keçmiş nazir və 12 məsul şəxs korrupsiyada, vəzifə satmaqda ittiham olunur<span class="qirmizi"></span>

Ermənistanın keçmiş fövqəladə hallar naziri Andranik Piloyan və daha 12 məsul şəxs korrupsiya, eləcə də nazirlikdə vəzifələri satmaqda ittiham olunurlar.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2021-2022-ci illərdə Andranik Piloyan və Fövqəladə Hallar Nazirliyinin başqa məsul şəxslərinin iştirakı ilə bağ evlərindən birində rüşvətalma hadisəsi baş verib.

Məlumata görə, keçmiş nazir Göyçə gölü ətrafında qanunsuz olaraq daşınmaz əmlaka yiyələnib. A.Piloyan tanışlarını nazirlikdə qanunsuz olaraq rüşvət qarşılığında vəzifəyə təyin edib. Nazirliyin əməkdaşı V.M. 1700-2800 dollar qarşılığında qurumda vəzifə satıb.

Mənbə: report.az