Qismən səfərbərlik zamanı Rusiyanı tərk edən kişilərin sayı açıqlandı: Putin ölkədən çıxışı bağlaya bilər

Qismən səfərbərlik zamanı Rusiyanı tərk edən kişilərin sayı açıqlandı: <span class="qirmizi">Putin ölkədən çıxışı bağlaya bilər</span>

Rusiya Prezidenti Vladimir Putin “qismən” səfərbərlik elan etdikdən sonra 261 min kişi ölkəni tərk edib.

Bu barədə məlumatı Rusiya Prezident Administrasiyasındakı mənbə Federal Təhlükəsizlik Xidmətinə istinadən verib.

Məlumata görə, səfərbərlik elan edilən gündən Prezident Administrasiyası daxilində hərbi yaşda olan kişilər üçün sərhədlərin bağlanmasından danışılıb. Buna səbəb isə təhlükəsizlik qüvvələrindən Rusiyanı tərk edən kişilərlə bağlı gələn rəqəmlər olub.

Bildirildiyinə görə, Federal Təhlükəsizlik Xidmətinin sentyabrın 25-dən “ofisləri gəzən” sonuncu arayışında bununla bağlı məlumat əksini tapır. Belə ki, arayışda çərşənbə günündən şənbə günü axşama qədər Rusiyanı 261 min kişinin tərk etdiyi qeyd edilir.

“Prezident Administrasiyasında elə ab-hava var ki, təhlükəsizlik qüvvələri və Müdafiə Nazirliyi Putini çox gec olmadan çıxışı bağlamağa inandırmağa çalışacaq”, - deyə məlumatda bildirilib.

Mənbə: www.oxu.az