Demokratlar Baydeni dəstəkləməyəcək

ABŞ Demokratlar Partiyası tərəfdarlarının yarıdan çoxu 2024-cü ildə keçiriləcək prezident seçkilərində Co Baydenin namizədliyini dəstəkləməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” və “ABC Nyus” birgə sorğu keçirib.

“Demokratlar və partiyanın müstəqil tərəfdarlarının 56%-i seçki zamanı Baydenin yerinə başqa namizəd irəli sürmək fikrindədir. Bu mövqe gənc demokratlar arasında daha çox yayılıb. Sorğuda iştirak edən demokratların yalnız 35%-i Baydenin namizədliyini dəstəkləyib”, - məlumatda qeyd olunub.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Alman şirkəti 161 min avtomobili geri çağırır

SONRAKI XƏBƏR

Sərhəddimizə qoşun toplanır - Ermənistan növbəti MÜHARİBƏYƏ HAZIRLAŞIR?