İtkin hərbçilərin yaxınları İrəvanda aksiya keçirirlər

İtkin hərbçilərin yaxınları  İrəvanda aksiya keçirirlər<span class="qirmizi"></span>

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son hərbi təxribatlar nəticəsində itkin düşən hərbçilərlin valideynləri etiraz aksiyaları keçirirlər. AzVision.az xəbər verir ki, onlar bu gün Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşıblar. Etirazçılar səlahiyyətlilərdən övladları barədə məlumat verməyi tələb ediblər.

Aksiya iştirakçılarından Seryoja Kazaryan jurnalistlərlə söhbətində deyib ki, 13 gündür oğlundan xəbər ala bilmir. Əsgər sonuncu dəfə sentyabrın 13-də səhər saatlarında Azərbaycanla yaşanan hərbi toqquşmalardan bir neçə saat sonra yaxınları ilə əlaqə saxlayıb.

"Biz baş nazir Nikol Paşinyana müraciət edirik, onun da bir oğlu var. Uşaqlarımız haqqında məlumat almaq istəyirik. Bilmək istəyirik ki, uşaqlarımızın taleyini öyrənmək üçün nə edirlər? Onlar indi haradadırlar, sağdırlarmı? Biz bütün bunları öyrənmək istəyirik”, - Kazaryan deyib.
Kişi "Qırmızı Xaç" Komitəsi ilə əlaqə saxladığını, lakin onlarda da lazımi məlumatlar olmadığını söyləyib.

- Oğlumun harada olduğunu bilmirəm. Bilmirik ki, əsir düşüb ya ölüb... Biz bir şeyi başa düşmürük ki, övladlarımızın həyatına və taleyinə necə barmaqarası baxaılır, – əsgər atalarından biri deyib.

Tural Tağıyev

Mənbə: azvision.az