“Putinin aşpazı”ndan ŞOK ETİRAF: “2014-cü ildə...”

Biznesmen Yevgeni Priqojin ilk dəfə 2014-cü ildə “Vaqner” özəl hərbi şirkətini yaratdığını etiraf edib. Bu, Suriya və Ukraynada döyüşən, həmçinin məhbusları orduya cəlb edən ilk özəl hərbi şirkətdir.

Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Priqojin özəl şirkəti qurduğu zaman kazakların toplaşdığı poliqona getdiyini, dünyada rusları qoruyacaq xüsusi birliklər üçün pul xərclədiyini söyləyib.

“Amma mən çox tez başa düşdüm ki, bütün bu kazaklar və digər hərbiləşdirilmiş yoldaşların yarısı fırıldaqçılardır, digər yarısı isə könüllüləri işə götürərək onları silahsız həqiqi ölümə göndərirlər. Buna görə bu işlə özüm məşğul olmaq qərarına gəldim”, - deyə Priqojin bildirib.

Qeyd edək ki, Rusiya prezidentinə yaxınlığı ilə bilinən iş adamı daha əvvəllər özəl hərbi şirkətlərlə əlaqəsini inkar etmiş və bununla bağlı yazan jurnalistləri məhkəməyə verərək qalib gəlmişdi.

Musavat.com

ƏVVƏLKİ XƏBƏR

Mühafizəçi işlədiyi bağ evindən 35 minlik qızıl oğurladı - VİDEO

SONRAKI XƏBƏR

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun növbəti iclası keçirilib - FOTO