Latviya XİN başçısı İranı qadın hüquqlarına hörmət etməyə çağırıb

Latviya XİN başçısı İranı qadın hüquqlarına hörmət etməyə çağırıb<span class="qirmizi"></span>

“Latviya İranda etirazların zorakılıqla yatırılmasını və qadınlara qarşı zorakılığı qətiyyətlə pisləyir”.

“Report” xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviç tvitterdə yazıb.

O bildirib ki, Tehran qadın hüquqlarına tam hörmət etməlidir.

Qeyd edək ki, sentyabrın 13-də İranın paytaxtı Tehranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən qətlə yetirilib. Hadisə ölkədə geniş etiraz aksiyalarına səbəb olub. Təhlükəsizlik qüvvələri aksiyaları dağıtmaq üçün güc tətbiq edir. Nəticədə 41 nəfər öldürülüb.

Mənbə: report.az