ŞOK: İranda xalq gülləboran edilir, Rusiyada isə xalq üsyanı... - VİDEO

ŞOK: İranda xalq gülləboran edilir, Rusiyada isə xalq üsyanı... -   <span class="qirmizi">VİDEO</span>

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi sentyabrın 26-da ölkənin etirazlarla mübarizə üçün "silahlı repressiyaya" əl atacağı ilə bağlı hədə-qorxu dolu bir video yayımlayıb.

Bundan əvvəl İranın Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Möhsüni Ejei sentyabrın 22-də İranda davam edən kütləvi etirazları “narahatlıq və xaos” kimi xarakterizə edərək, ölkənin baş prokuroru və hakimlərindən etirazçılarla qarşı qəti tədbir görməyini istəyib.

Təbrizli Aysan Mədənpəsənd və Mazəndəranın Noşəhr şəhərindən olan Hənanə Kiyanın İran hökumətinin məmurları tərəfindən öldürüldüyü təsdiq edilib.
Aysan Mədənpəsənd həbs edildikdən sonra məmurlar tərəfindən möhkəm döyülüb.

O, aldığı ağır xəsarətlər nəticəsində ölüb. Təhlükəsizlik məmurları Aysanın ailəsinə təzyiq göstərib və onun ölümünün guya təbii şəkildə baş verdiyi barədə məcburi açıqlama vermələrini tələb ediblər.

Hənanə Kiya isə sentyabrın 23-ü axşam saatlarında Noşəhrdə keçirilən dinc aksiyada xüsusi təyinatlı qüvvələrin açdığı atəş nəticəsində həyatını itirib.
Sentyabrın 26-da güney azərbaycanlı fəallar Başda Təbriz olmaqla Urmu, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin, Xoy, Marağa və başqa şəhərlərdə etiraz aksiyalarını davam etdirəcəkləri barədə bildiriş və çağırışlar yayıblar.

Günortadan sonra saat 18:00-dan başlayaraq şəhərlərin mərkəzi meydanlarında keçiriləcəyi bildirilən dinc etiraz aksiyalarında, həmdə bu günə kimi öldürüldükləri təsdiq olunan 5 azərbaycanlının xatirəsinin yad ediləcəyi qeyd olunub.

"Hər gün uşaqlarımız qəddar İslam Respublikası rejiminin güllələri ilə öldürülür. Kərəcdə Hədis Nəcəfinin və Qəzvində Cavad Heydərinin anaları övladları üçün ağlayırlar. Zalimlərin tifağını birdəfəlik dağıdaq",- deyə, bildirişlərdə yazılıb.

Mənbə: musavat.com