Nazarbayevin qardaşı oğlu 6 il müddətinə həbs olunub

Nazarbayevin qardaşı oğlu 6 il müddətinə həbs olunub<span class="qirmizi"></span>

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı mənimsəmə işi üzrə 6 il azadlıqdan məhrum edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "zakon.kz" saytı məlumat yayıb.

K.Satıbaldıulı 10 il müddətinə dövlət qulluğunda, yerli özünüidarəetmə orqanlarında, məhkəmələrdə, milli banklarda və digər dövlət təşkilatlarında, habelə dövlətin səhmdar olduğu şirkətlərdə vəzifə tutmaq hüququndan da məhrum edilib.

Qazaxıstanın eks-prezidentinin qardaşı oğlu 2022-ci il martın 13-də mənimsəmə işi üzrə saxlanılıb.

BAKU.WS

Mənbə: baku.ws