Peskov səfərbərliklə bağlı səhvlərin olduğunu ETİRAF ETDİ

Peskov səfərbərliklə bağlı səhvlərin olduğunu ETİRAF ETDİ<span class="qirmizi"></span>

Kreml ehtiyat qüvvələrin səfərbər edilməsində səhvlərə yol verildiyini etiraf edib.

Sfera.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb. O, jurnalistlərə açıqlamasında bunları deyib: “Həqiqətən səfərbərlik fərmanının pozulduğu hallar var. Bəzi bölgələrdə qubernatorlar vəziyyəti düzəltmək üçün fəal işləyirlər. Ümid edirik ki, bütün səhvlər düzəldiləcək”.

Kremlin sözçüsü hərbi xidmətə çağırış hüququ olan rusiyalı kişilərin ölkəni tərk etməsinin qarşısını almaq üçün görüləcək tədbirlər barədə sualı da cavablandırıb. Peskov sərhədlərin bağlanması ilə bağlı qərarın verilmədiyini söyləyib.

Qeyd edək ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. 261 min kişi vətəndaş ölkəni tərk edib. Hava limanlarında son günlər üçün biletlər başa çatıb və Rusiyanın qonşu ölkələrlə quru sərhədlərində tıxaclar yaranıb.

Mənbə: minval.info