Bu iki türk ölkəsi sərhədlərin delimitasiyasına başlayır

Bu iki türk ölkəsi sərhədlərin delimitasiyasına başlayır<span class="qirmizi"></span>

Qırğızıstan və Özbəkistan dövlətlər arasında sərhədlərin razılaşdırılması prosedurunun başlanmasına imkan verən protokol imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb.

“Qırğızıstan-Özbəkistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hər iki hökumətin nümayəndə heyətlərinin keçirdiyi birgə iclasın protokolunu imzalayıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, sənəd Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Kamçıbek Taşiyev və Özbəkistanın Baş naziri Abdulla Aripov tərəfindən imzalanıb.

Mənbə: axar.az