Finlandiyaya 17 minə yaxın rusiyalı gedib

Finlandiyaya 17 minə yaxın rusiyalı gedib<span class="qirmizi"></span>

Həftəsonu Finlandiyaya 17 minə yaxın rusiyalı gedib, onların əksəriyyəti - 15 mindən çoxu Finlandiyadanın cənub-şərqindəki sərhəd-keçid məntəqələri vasitəsilə ölkəyə keçib.

“Report” xəbər verir ki, bu barədə Finlandiyanın Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib, həftəsonu Finlandiyanın cənub-şərqindəki sərhəd-keçid məntəqlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunub.

Digər tərəfdən, həftəsonu ümumilikdə 9,3 min rusiyalı Finlandiyadan öz ölkəsinə qayıdıb.

Mənbə: report.az