Paşinyanın Fransa səfəri

Paşinyanın Fransa səfəri<span class="qirmizi"></span>

Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında görüş bu gün axşam saatlarında Yelisey sarayında baş tutacaq.

 

Paşinyanın Fransa səfərinə dair proqnozlarını Sfera.az-la bölüşən beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin sözlərinə görə, ABŞ, Fransa və İran Ermənistanın silahlandırılmasına çalışır:

“Fikrimcə, Paşinyan-Makron görüşünün əsas məqsədlərindən biri Ermənistanı KTMT-dən çıxartmaq və Rusiya ətrafında yaranmış birliyi, daha doğrusu, Rusiyanın rəhbərlik etdiyi hərbi ittifaqları pozmaq niyyəti daşıyır. Yəqin ki, bundan dərhal sonra da iqtisadi ittifaqlara yönəlik addımlar atacaqlar. Bütün bunlar hibrid savaşının bir formasıdır və Ermənistan üzərindən icra olunur. Yayılan xəbərlərə görə, Ermənistan sərhəd bögəsinə ağır texnikalar yığır və buna paralel olaraq Paşinyanın Fransaya səfəri üç versiyanı özündə əks etdirir.

Birincisi, Fransada silahların alınması, ikincisi kəşfiyyat məlumatlarının verilməsi, üçüncü versiya isə beynəlxalq hüquqi dəstəyin əldə olunmasıdır. Yəqin ki, Paşinyan bu üç faktor üzrə Fransada görüşləri davam etdirəcək. Paşinyan Makronla baş tutacaq görüşdən dərhal sonra BMT-dəki çıxışının məntiqi davamı olaraq fransızlardan müəyyən razılaşamalar qopara biləcəyinə inanır. Ermənistan baş nazirinin Makronla görüşündən sonra bu görüşün nəticələrini dərhal sərhəddə görəcəyik”.

Mənbə: minval.info