“Səfərbərlik məktubları xüsusilə krımlılara verilir”

“Səfərbərlik məktubları xüsusilə krımlılara verilir”<span class="qirmizi"></span>

“İşğal olunmuş Krımda vəziyyət fəlakətlidir. Krım tatarları ilə bağlı məlumatlar tam təsdiqini tapıb. Səfərbərlik məktublarının əksəriyyəti xüsusi olaraq Krım xalqına verilir”.

Sfera.az bildirir ki, bunu Ukrayna lideri Zelenski deyib.

 

O, bunun Rusiyanın soyqırım siyasətinin daha bir elementi olduğunu vurğulayıb: “Eyni şey Rusiyanın özündə də baş verir. Bu, şüurlu imperiya siyasətidir. Məsələn, Dağıstan və bütün Qafqaz xalqlarına, Sibirin və digər bölgələrin yerli xalqlarına zərbədir”.

Zelenski həmçinin cəbhənin müəyyən yerlərində ümumi uzunluğu 2 min kilometri keçən şiddətli toqquşmaların baş verdiyini və bir çox cəhətdən müsbət nəticələr əldə edildiyini bildirib.

Mənbə: minval.info