Ukraynalılar rusların PUA mərkəzini darmadağın etdi

Ukraynalılar rusların PUA mərkəzini darmadağın etdi<span class="qirmizi"></span>

 

Ukrayna hərbçiləri rusların Xerson vilayətinin Çulakovka kəndində yerləşən məntəqəsinə raket zərbəsi endirib.

Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, zərbə endirilən ərazi İran pilotsuz təyyarələri üçün idarəetmə mərkəzi olub.

Faktı Odessa Regional Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk öz Telegram kanalında təsdiqləyib.

Hələlik Ukrayna ordusu və yerli hakimiyyət orqanları partlayışlarla bağlı rəsmi açıqlama verməyib.

Bizim.Media

Mənbə: bizim.media