Makron Paşinyanı qəbul etdi - YENİLƏNİB

Makron Paşinyanı qəbul etdi - <span class="qirmizi">YENİLƏNİB</span>

Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya rəsmi səfərə yollanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

Bu gün axşam Yelisey sarayında Paşinyanla Fransa Prezidenti Emmanuel Makronun görüşü gözlənilir.

Qeyd edək ki, tərəflər daha əvvəl 13 və 16 sentyabr tarixlərində telefon danışıqları aparıb.

***

Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşdə Ermənistanın Azərbaycan dövlət sərhədində törətdiyi son hərbi təxribatlarla bağlı, eləcə də dialoqun bərpasına, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına dair fikirlər səsləndirilib.

Mənbə: qafqazinfo.az