Putinin vətəndaşlıq verdiyi Edvard Snoudenlə bağlı ABŞ-dan açıqlama

Amerika Birləşmiş Ştatları Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş zabiti Edvard Snouden barədə açıqlama yayıb.
Yeniavaz.com verir ki, bu barədə danışan Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays Snoudenin Rusiya vətəndaşlığını almasına baxmayaraq, ABŞ vətəndaşı olaraq qaldığını və ABŞ ədaləti qarşısında cavab verəcəyini bildirib.
“Mövqeyimiz dəyişməyib, cənab Snouden ABŞ-a qayıtmalı və hər bir Amerika vətəndaşı kimi ədalət qarşısında cavab verməlidir”, - deyə o qeyd edib.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

İran polisindən etirazçılara DƏSTƏK – VİDEO

SONRAKI XƏBƏR

"Barselona"nın iki futbolçusu zədələndi