NATO və Aİ təhlükəsizliklə bağlı birgə bəyanat hazırlayır

NATO və Avropa İttifaqı (Aİ) təhlükəsizlik sahəsində əməkdaşlığı vurğulayacaq yeni birgə bəyanat yaymağı hədəfləyir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq və Aİ Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə Aİ Komissiyasının binasında görüşüblər.

Görüşdən sonra sosial mediada birgə bəyanat verilib.

Açıqlamaya görə, görüş zamanı Rusiya-Ukrayna müharibəsi və Ukraynaya dəstəyin artırılması müzakirə edilib.

“NATO-Avropa İttifaqı əməkdaşlığı təhlükəsizlik və sabitliyə töhfə verir. Bu səbəbdən biz tərəfdaşlığımızı irəli aparacaq yeni birgə bəyanatla razılaşmağın vaxtının yetişdiyinə inanırıq", - bəyanatda deyilir.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan: “Məqsədimiz ən qısa zamanda Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etməkdir”

SONRAKI XƏBƏR

Tehran küçələrində ərəbcə danışan təhlükəsizlik qüvvələri peyda olub - VİDEO