ABŞ hərbidən yayınan rusların sığınacaq müraciətlərinə fərdi qaydada baxacaq

ABŞ hərbidən yayınan rusların sığınacaq müraciətlərinə fərdi qaydada baxacaq<span class="qirmizi"></span>

Amerika hakimiyyəti qismən səfərbərliyə görə hərbi xidmətə çağırılmamaq üçün Rusiya vətəndaşlarının bu və ya digər səbəbdən ABŞ-da sığınacaq almaq üçün mümkün müraciətlərinə fərdi qaydada baxmaq niyyətindədir. AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

"Vətəndaşlığından asılı olmayaraq, təqiblərdən yayınmağa çalışan hər kəs ABŞ-da sığınacaq üçün müraciət edə bilər. Belə şəxslərin müraciətlərinə fərdi qaydada baxılacaq".


 

Mənbə: azvision.az