Zelenski Ukraynanın cəbhədə bir nömrəli hədəfini açıqladı

"Ruslar uduzduqlarını hiss edib və bu anı gecikdirməyə çalışırlar".

"Qafqazinfo" "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müraciəti zamanı deyib. 

"Donetsk vilayətində vəziyyət xüsusilə qəlizdir. Biz düşmənin fəallığının qarşısını almaq üçün hər şey edirik. Bir nömrəli məqsədimiz indi oradadır, çünki Donbass hələ də işğalçılar üçün bir nömrəli hədəfdir", - V.Zelenski bildirib.

Prezidentin sözlərinə görə, müharibə Rusiya üçün açıq-aşkar mənasız olub və onların təşəbbüsü itirməsinə baxmayaraq, rus ordusunun komandanlığı hələ də əsgərləri ölümə sürükləyir.

Rusiyadakı səfərbərliyə toxunan Zelenski bunu sadəcə mənasız adlandırıb.

“Onlar uduzduqlarını hiss edirlər və bu anı gecikdirməyə, heç olmasa cəbhədə müəyyən fəallığı təmin etməyə, ölənlərin yerinə heç olmasa əllərində silah olan birini qoymağa çalışırlar”, - deyə Zelenski vurğulayıb.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Marsda bir neçə ton Yer mənşəli tullantı tapıldı

SONRAKI XƏBƏR

Moskva sakini sərhədi keçmək üçün səkkiz saat piyada gedib