Moldovanın keçmiş prezidentinin ev dustaqlığının müddəti uzadılıb

Kişinyov Apellyasiya Məhkəməsi Moldovanın keçmiş Prezidenti İqor Dodonun ev dustaqlığının müddətini oktyabrın 21-dək uzadıb.

“Report” xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Nikolay Posturusu məlumat verib.

“Apellyasiya Məhkəməsi prokurorların həbs müddətinin 30 sutka, yəni oktyabrın 21-dək uzadılması tələbini təsdiqləyib”, - vəkil bildirib.

Xatırladaq ki, mayın 24-də İqor Dodona qarşı dövlətə xəyanət və korrupsiya ittihamları irəli sürülüb. Bu ittihamları təkzib edən eks-prezident təqsirsizliyinə dair sübutların olduğunu bildirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən reyslərin sayı artırılır - SİYAHI

SONRAKI XƏBƏR

Paşinyan Azərbaycana yeni xəritə təklif etdi - VİDEO