Rus hərbçilər yaralıları qoyub qaçdılar - VİDEO

Ukraynada ağır döyüşlər davam edir. AzVision.az xəbər verir ki, bu gün yerli media Rusiya hərbçilərinin dronla vurulmasını əks etdirən növbəti görüntüləri yayıb. Videoda diqqət çəkən məqam isə dronla havadan atılan qumbaradan sonra hərbçilərin yüngül yaralanan əsgər yoldaşlarını meydanda qoyub getmələridir.

"Ukrayna Silahlı Qüvvələri işğalçıları cəzalandırmaqda davam edir. Yaralılar ölür, sağ qalanlar isə xüsusi "şücaət və şərəflə" dabanlarına tüpürüb qaçırlar! Xilas olmaq şansı olmayan yaralıları sadəcə meydanda qoyub getdilər. Bu da dünyanın ikinci ən güclü ordusu", - "Espreso" nəşri yazıb.

Tural Tağıyev

 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

NATO Baş katibi və Zelenski arasında telefon danışığı OLDU

SONRAKI XƏBƏR

DTX-nin Mədəniyyət Mərkəzində Anım Günü ilə bağlı tədbir keçirilib