NATO Baş katibi və Zelenski arasında telefon danışığı OLDU

NATO Baş katibi və Zelenski arasında telefon danışığı  OLDU<span class="qirmizi"></span>

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Manset.az xəbər verir ki, bu barədə Stoltenberq tviterdə bildirib.

“Prezident Zelenski ilə danışdım və NATO müttəfiqlərinin Ukraynanın suverenliyi və özünümüdafiə hüququna dəstəyimizin sarsılmaz olduğunu dedim. Rusiya tərəfindən keçirilən saxta referendumun legitimliyi yoxdur və bu, açıq şəkildə beynəlxalq hüququn pozulmasıdır. Bu torpaqlar Ukraynadır”, - NATO Baş katibi deyib.

 

Mənbə: manset.az