İran 44 günlük müharibədə Ermənistana hansı təkliflər verib?

İran 44 günlük müharibədə Ermənistana hansı təkliflər verib?<span class="qirmizi"></span>

“Ermənistan cəmiyyəti 44 günlük müharibədə İranın hansı təkliflər verdiyini, Paşinyanın hansı təkliflərdən imtina etdiyini bilsə, şoka düşəcək. Bu təkliflərin qəbulu müharibənin mahiyyətini və nəticəsini dəyişə bilərdi. Sual yaranır: Niyə imtina edildi?”

Erməni mətbuatında yayılna xəbərlərə görə, bunu sentyabrın 27-də yerli politoloq Stepan Danielyan bəyan edib.

O, 2020-ci ildə Türkiyə, İsrail, İngiltərənin də İrana qarşı yönəlmiş müharibənin tərəfləri olduğunu qeyd edərək, xatırladıb ki, hələ 2018-ci ildə Ermənistana səfəri zamanı Bolton İran sərhədini bağlamaq vəzifəsini qarşısına qoyub.

“2018-ci ildə Ermənistana səfəri zamanı Bolton erməniləri stereotiplərdən qurtulmağa çağırıb və ABŞ-ın Ermənistan - Türkiyə münasibətlərində maraqlı olduğunu bildirib. Bolton indiki hakim rejimin Ermənistanda hakimiyyətə gəlməsini dəstəkləmək üçün ödəməli olduğu qiyməti açıqlayıb. Bu, 2018-ci ildə hakimiyyət dəyişikliyi üçün əsas şərt olub”, deyə, Danielyan bildirib.

Politoloqun fikrincə, bu gün bütün dünya ölkələri var olmaq uğrunda mübarizə aparır. Bu mübarizəni İran və potensial olaraq Rusiyadan gələn ciddi təhlükə altında olan Azərbaycan da aparır.

Ekspert Rusiya Federasiyası ilə ABŞ arasında müharibənin təkcə Ukraynada deyil, regionumuzda da aparıldığını qeyd edib.

“Əgər burada hər hansı bir regional gücün iştirakı ilə müharibə başlasa, başqa ölkələr də ona qoşulacaq. Buradakı müharibə Ukraynadan qat-qat qanlı olacaq. Odur ki, hətta Paşinyanın Ermənistan ərazisi kimi səsləndirdiyi 29,8 min kvadrat kilometr də şübhə altına düşə bilər”, - Danielyan yekunlaşdırıb.

Mənbə: www.oxu.az