Daha 5 milyon insan Ukraynanı tərk edə bilər

Daha 5 milyon insan Ukraynanı tərk edə bilər<span class="qirmizi"></span>

Ukraynada vəziyyətin kəskinləşməsi halında daha 5 milyon insan ölkəni tərk edə bilər.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova deyib.

O bildirib ki, 24 fevral – 19 sentyabr tarixləri arasında Ukraynanı 8,4 milyon insan tərk edib ki, sonradan onlardan 7,2 milyonu geri qayıdıb. Hazırda isə 1,2 milyon ukraynalı ölkə xaricindədir.

“Daha 5 milyon insan Ukraynanı tərk edə bilər. Müharibə uzanarsa, bu ssenari reallaşacaq. Belə şəraitdə hərbi vəziyyətin ləğvindən sonra kişilərin ukraynalı uşaqlı qadınların yanına köçməyə başlaması riski var”, - deyə o bildirib.

Mənbə: axar.az