Çin və Rusiya hərbi gəmiləri Alyaska yaxınlığında görünüb

Çin və Rusiya hərbi gəmiləri Alyaska yaxınlığında görünüb<span class="qirmizi"></span>

 

Berinq dənizində adi patrul xidməti həyata keçirən ABŞ Sahil Mühafizəsinin gəmisi Alyaska yaxınlığında Çinin raket kreyseri ilə qarşılaşıb.

Sonradan məlum oldu ki, kreyser tək deyil.

Ddaha iki Çin və dörd Rusiya hərbi gəmisi, o cümlədən bir esmines də onunla birlikdə olub.

On yeddinci Sahil Mühafizəsi Dairəsinin komandanı, kontr-admiral Natan Mur bildirib ki, ABŞ Alyaska ətrafındakı dəniz sahəsində ölkənin maraqlarının qorunmasını təmin etməyə davam edəcək.

Sahil Mühafizəsi bildirib ki, sərhəd gözətçisinin əməliyyat qaydaları strateji rəqiblərin ABŞ sularında və onun ətrafında fəaliyyət göstərdiyi zaman bu cür hərəkətlərə cavab tələb edir.

Xatırladaq ki, Çin təlimlər zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücumları imitasiya edir.

Həmçinin avqust ayı ərzində Rusiya təyyarələrinin Alyaskanın hava hücumundan müdafiə zonasına daxil olması ilə bağlı üç hadisə qeydə alınıb.

Mənbə: rbc.ua

Mənbə: www.oxu.az