ABŞ Ermənistana silah verəcək - Fransız jurnalistdən ilginc iddia

ABŞ Ermənistana silah verəcək - Fransız jurnalistdən  ilginc iddia<span class="qirmizi"></span>

Amerika Ermənistana silah verəcək.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Fransanın gündəlik "Le Figaro" qəzetinin redaktor müavini Jean-Christophe Buisson belə bir twitter hesabında yazıb.

"Birləşmiş Ştatlar türklərindən müdafə etmək üçün Ermənistana silah tədarük etməyi planlaşdırır. Bəs Avropa İttifaqı? Bəs Fransa?"- deyə tvittə qeyd olunub.

Qeyd edək ki, bu twit "SaveArmenia" (Ermənistanı xilas et), "StandWithArmenia" (Ermənistanın yanında dur) , "ArmenianLivesMatter" (Erməninin həyatı ciddi önəm daşıyır) adlı həştaqlarla paylaşılıb.

Amerika Erməni Milli Komitəsi (ANCA) bəyan edib ki, Ermənistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ABŞ siyasətçiləri konqresin təzyiqi altında Ermənistana silahların satışını nəzərdən keçirirlər.

Milli.Az

Mənbə: news.milli.az