İlham Əliyev Emmanuel Makronla Azərbaycan-Ermənistan sərhədindəki toqquşmaları MÜZAKİRƏ ETDİ

Sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib. Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var

SONRAKI XƏBƏR

Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib