Vladimir Putinə açıq məktub: “ABŞ və NATO kimi siz də...”

Britaniyalı musiqiçi, "Pink Floyd"un həmtəsisçisi Rocer Uoters Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Uoters Ukraynadakı vəziyyətlə bağlı prezidentə bir sıra suallar ünvanlayıb.

Musiqiçi Putinin Ukraynadakı münaqişəyə son qoymaq istəyib-istəmədiyini soruşub.

Onun fikrincə, əgər prezident Rusiyanın Krım, Donetsk və Luqanskın rusdilli əhalisinin təhlükəsizliyini təmin etməkdən başqa digər ərazi maraqlarının olmadığını desəydi, bu, ona kömək edərdi.

"Bilirəm ki, ABŞ və NATO tərəddüd etmədən bir neçə barel neft üçün digər suveren dövlətləri işğal edirlər. Ancaq bu o demək deyil ki, siz də eyni şeyi etməlisiniz".

Qeyd edək ki, Uoters bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelenaya da açıq məktub yazaraq Kiyevə Qərb silahlarının verilməsinə qarşı çıxıb.

Zelenskaya sənətçiyə cavab verib və ona Rusiya lideri Vladimir Putindən sülh istəməyi tövsiyə edib.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var

SONRAKI XƏBƏR

Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib