Erməni xalqı hüzndə, Anna Akopyan isə xoşbəxt anlarını paylaşır

Erməni xalqı hüzndə,  Anna Akopyan isə xoşbəxt anlarını paylaşır<span class="qirmizi"></span>

Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. Müxalif saytlarla yanaşı sosial şəbəkələrin erməni seqmenti baş nazirin xanımın bu gün İnstaqramda etdiyi paylaşımı sərt şəkildə tənqid ediblər. "Jam" saytı ölkənin matəm ab-havasında olduğu bir gündə Anna Akopyanın və qızının erməni cəmiyyətini saya salmamasını pisləyib.
 "Ermənistan və Qarabağda yaşayan minlərlə erməni 44 günlük müharibədə öldürülmüş hərbçilərin məzarlarını ziyarət edərkən, Nikolun həyat yoldaşı özünün İnstagram səhifəsində xoşbəxt anlar keçirdiyini göstərir. O, hekayə bölməsində xoş anlarını əks etdirən fotolar yerləşdirir", - məqalədə yazılıb.

Akopyanı tənqid edənlər qeyd edirlər ki, 27 sentyabrda 44 günlük müharibənin onlar üçün acı nəticələrinə dair heç nə paylaşmasa da, heç olmasa məhz belə ağrılı ildönümündə özünün xoşbəxt anlarını göstərən fotoları yaymazdı. Axı o, ölkənin bir nömrəli şəxsinin ailəsidir.

Qeyd edək ki, Anna Akopyanın xalqı üçün həssas günlərdə bu cür davranması ilk dəfə deyil ki, baş verir. O bir dəfə müharibədə öldürülmüş əsgərin yasına qatılarkən gülən siması ilə diqqət çəkmişdi. Bundan başqa, "soyqırımı" kompleksini gülərək gəzməsi də cəmiyyətdə narazılığa səbəb olmuşdu.


Tural Tağıyev
 

Mənbə: azvision.az