Qazaxıstana gedən rusiyalılara sərhəddə çağırış vərəqələri verilir

Qazaxıstana gedən bir sıra Rusiya vətəndaşları birbaşa Rusiya-Qazaxıstan sərhədində çağırış vərəqələri almağa başlayıblar.

Artıq sərhəd nəzarəti əməkdaşlarının əlində hərbi xidmətə çağırılan şəxslərin siyahıları var.

“Siyahıdakı şəxs sərhədə gələrsə, o, yaxınlıqdakı hərbi komissarlığın çağırış vərəqəsini verən əməkdaşı əraziyə gələnə qədər saxlanılır”, - Çelyabinsk vilayəti hökumətinin mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl, Gürcüstana getmək istəyən rusiyalılara da sərhəddə çağırış vərəqələrinin verilməsinə başlanılıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İranın sabiq prezidenti: “Xalqın fikrini soruşun” - VİDEO

SONRAKI XƏBƏR

"Formula 1": Sprint yarışlarının sayı artırılıb